Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:24

Azərbaycan 3 yeni «Boeing» yük təyyarəsi alır


Gələn il ərzində «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) aviaparkına 3 ədəd yeni «Boeing» yük təyyarəsi daxil olacaq.

Bu barədə «APA»ya AZAL-ın vitse-prezidenti İlham Əmirov məlumat verib.

2012-ci ilin iyul-avqust aylarında Azərbaycana ardıcıl olaraq 2 ədəd «Boeing-767» yük təyyarəsi gətiriləcək:

«Elə həmin ilin oktyabr ayında AZAL «Boeing» Korporasiyasından sayca ikinci «Boeing-747» tipli yük təyyarəsini alacaq».

AZAL rəsmisi həmçinin bildirib ki, hazırda milli hava şirkətinin aviaparkında 11 ədəd yük təyyarəsi mövcuddur.

Günün bütün mövzuları

XS
SM
MD
LG