Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:17

Rus dilindən imtina: orta asiyalılar indi öz aralarında çətinliklə ünsiyyət qurur


Sovet dövründə rus dili Kreml üçün həm də bir siyasi alət idi.

Bu, çoxmillətli ölkəni, o cümlədən Orta Asiya regionunu daha yaxşı idarə etmək üçün vacib idi.

Eyni zamanda 20-ci əsrin 30-cu illərində Orta Asiya respublikalarının əlifbası da dəyişdirilmiş, onlara kiril əlifbası qəbul etdirilmişdi.

Bunun nəticəsində rus məktəbləri artmış, dövlət idarələrində rus dili dominant mövqeyə sahib olmuş, ruslaşma prosesi sürətlənmiş, bir çox orta asiyalılar öz doğma mədəniyyətləri, milli kimlikləri ilə əlaqəni itirmişdi.

SSRİ-nin dağılması və müstəqillik Orta Asiya xalqları üçün öz dillərinə, ənənələrinə geniş meydan vermək, rusdilli mühitin əsarətindən qurtulmaq imkanı verdi.

Amma indi bu prosesin özünün də mənfi cəhətləri üzə çıxır

İndi bir çox orta asiyalılar rus dilini, ümumiyyətlə, bilmir, bu isə onların heç bir xarici dil bilməməsi deməkdir. Onların yeni elmi nailiyyətlər haqda bilgilərin olduğu böyük dillərə çıxışı yoxdur.

Orta Asiya respublikalarında rus dili vaxtilə həftənin 5 günü tədris edilirdi.

Amma məsələn, Özbəkistandan olan 20 yaşlı tələbə Abdulla deyir ki, indi vəziyyət başqadır.

“Nə mən, nə qardaşlarım, nə də bacılarım rus dilini bilirik. Bizim ali məktəbdə rus dili həftədə 1 dəfə keçilir”.

Əksər Orta Asiya ölkələrində əksər yerli rusdilli nəşrlər qapanıb, Rusiya telekanallarının açıq yayımı dayandırılıb.



Bəzi orta Asiya ölkələri kirildən imtina ediblər. Türkmənistan bunu hələ 1991-ci ildə edib. Qırğızıstanın yeni hakimiyyəti

Prezidentliyə namizədlərin qırğız dilindən imtahan verməsi şərtini tətbiq edib

Bu, Qazaxıstanda da şərtdir. Qazaxıstan həm də büdcədən böyük məbləğdə pul ayırıb ki, 2020-ci ilə qədər bütün ölkə əhalisi qazax dilini yüksək səviyyədə bilsin. Çünki Qazaxıstanda ənənəvi olaraq rus dilinin rolu böyük olub, bu öldədə böyük rus icması da var.

Rus dilinin mövqeyini zəiflədən amillərdən biri də bu ölkələrdəki rusdilli əhalinin ölkəni tərk etməsidir. Məsələn, Türkmənistandakı rusların 80 faizi, Özbəkistandakı rusların 33 faizi, Tacikistandakı rusların isə 80 faizdən çoxu ölkəni tərk edib.

Harvard Universitetində Orta Asiya Araşdırmaları Fakültəsinin rəhbəri John Schoeberlein deyir ki, rus dilini bilməməyin nəticəsində bir çox orta asiyalılar həm öz aralarında, həm də

Dünya ilə ünsiyyət qabiliyyətlərini itiriblər

John Schoeberlein

“Orta Asiyanın şimalıyla müqayisədə cənubunda vəziyyət lap pisdir. Məslən, Tacikistanda bir çox gənc universitet alimləri də xarici dil bilmirlər. Onlar bir tacik dilini bilirlər, bir də ola bilsin özbək dilini”.

Amma o da var ki, rus dilinin öz mövqeyini itirməsi ilə birlikdə regionda türk dilinin nüfuzu artmaqdadır.

Türk şirkətlərinin, vətəndaşlarının Orta Asiyada iş qurması, yerli əhalinin peyk vasitəsilə çoxsaylı türk kanallarını izləmək imkanının yaranması, Orta Asiyadan olan gənclərin Türkiyədə təhsil almaq imkanının olması buna şərait yaradan amillərdəndir.

Türkiyənin sürətli inkişafı, dünya mədəniyyətinin nailiyyətlərini sürətlə əxz etməsi, bu dildə böyük elmi ədəbiyyatın mövcudluğu da bir çox orta asiyalıların köməyinə gəlir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG