Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:51

Suriya hərbçiləri Rastan şəhərinə hücum edib


Suriya hərbi qüvvələri gecə yarısı tank və vertolyotlarla Türkiyə sərhəddində olan Rastan şəhərinə hücum edib. Şəhərin 40 min əhalisi var.

Xəbər agentliklərinin məlumatına görə, hücum zamanı azı 4 adam ölüb.
Şəhər sakinləri 6 aydır ki, Bəşər Əsəd rejiminə qarşı silahlı müqavimət göstərirdi.
BMT-nin qiymətləndirməsinə görə, Suriyada etirazlar başlayandan bəri 2 700 adam öldürülüb.

Sentyabrın 26-da Suriyanın xarici işlər naziri Walid al-Moualem BMT-də çıxışı zamanı bildirib ki, zorakılıqlarda və Bəşər Əsədin demokratik islahatlarla bağlı planlarının ləngiməsində xarici qüvvələr günahkardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG