Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:10

Prokuror hicab aksiyasında tutulan iki nəfərə şərti, o birilərinə həbs cəzası istəyib


Sentyabrın 27-də Nərimanov Rayon Məhkəməsində hicab əleyhinə keçirilən aksiyada həbs olunan Əlvan Hüseynov, Rövşən Məmmədov, Nurani Məmmədov, Araz İsmayılov və Rüfət Miriyevin məhkəməsi davam edib. Prokuror Elfaq Səfərov təqsirləndirilən şəxslərə cəza istəyib.

Vəkil Anar Qasımlı AzadlıqRadiosuna bildirib ki, dövlət ittihamçısı Araz İsmayılova 4 il, Nurani Məmmədov və Rüfət Miriyevin 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, amma onun müdafiəsini etdiyi şəxslərə şərti cəza istəyib: “Prokuror yüngülləşdirici halları əsas götürərək hüquqlarını müdafiə etdiyim Əlvan Hüseynovun və Rövşən Məmmədovun 2 il 6 ay müddətinə şərti cəza ilə elə məhkəmə zalından dərhal buraxılmasını istədi”.

Anar Qasımlının sözlərinə görə, prokurorun şərti cəza istəməsi onu müdafiə çıxışından daşındırıb, amma digər vəkillər növbəti məhkəmə prosesində müdafiə çıxışı edəcək.
Proses oktyabrın 4-də davam edəcək.

Hicab aksiyası mayın 6-sı Təhsil Nazirliyinin binası qarşısında keçirilib. Rəsmi ittihamlara görə, aksiya zamanı 4 şəxsi avtomobilə, bir neçə ictimai-iaşə və ticarət obyektinə ziyan vurulub, 26 polis əməkdaşı xəsarət alıb.
XS
SM
MD
LG