Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:42

Bu gün Timoşenkonun məhkəməsi yenidən başlayır


Bu gün Ukraynanın sabiq baş naziri Yulia Timoşenkonun Kiyevdə iki həftəlik fasilədən sonra məhkəməsinin yenidən başlanması gözlənir. Yulia Timoşenko hazırkı prezident Viktor Yanukovic administrasiyasına müxalif siyasətçidir.

O, baş nazir olarkən 2009-cu ildə Rusiya ilə qaz nəqli ilə bağlı razılaşmada səlahiyyətlərindən sui-istifadədə günahlandırılır. İttiham təsdiqlənsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.

Timoşenko özü ittihamları rədd edir, siyasi fəaliyyətinə görə hakimiyyətin qəzəbinə gəldiyini söyləyir.

Avropa Birliyi və ABŞ Ukrayna hakimiyyəti siyasi məhkəmə təqiblərindən çəkinməyə çağırıb.
XS
SM
MD
LG