Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:25

Liviya üsyançıları Qaddafinin doğma şəhərinə yaxınlaşırlar


Liviyanın yeni hökumət qüvvələri Sirtə şəhərinə girirlər. Məlumatlara görə, üsyançıların qüvvəsi Sirtənin mərkəzinə 2 km-lik məsafədə yaxınlaşa biliblər.

Sirtə devrilmiş lider Muammar Qaddafinin doğma şəhəridir və bir müddətdir ki, ona sadiq hərbi qüvvələr bu şəhəri əllərində saxlayırlar.

Sirtə uğrunda döyüşlərdə NATO-nun təyyarələri Qaddafi qüvvələrinin hədəflərinə hava zərbəsi endirib.

Humanitar qüvvələr Sirtə və hələ də Qaddafiyə sadiq qüvvələrin əlində olan Bani Validdə mülkü vətəndaşların yemək və tibbi ehtiyacları sarıdan narahatlıqlarını bildiriblər.

Muammar Qaddafinin yeri hələ də bilinmir. Amma onun tərəfdarları bildirirlər ki, Qaddafi Liviyadadır və ölkənin yeni hakimiyyətinə qarşı mübarizəni davam etdirir.
XS
SM
MD
LG