Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:08
Zaur Qəriboğlu


ƏDƏBİYYAT OYUNU - "ADAMLI-ADAMSIZ"

(Əsrin əvvəli yaranış, sonu isə təhqiqat mərhələsidir)

Yeni əsr, yeni tarix və yeni ədəbiyyat... Sonuncu onsuz da əsrlərdən sonra tarixə çevrilir. Daha doğrusu, çevrilə bilər.

Çünki tarixi (ədəbiyyatı) yazandan da çox şey asılıdır. Kim yazır, necə yazır?! Bax, bu, əsas məsələdir. Bu gün yaxşı ilə pisi ayırd etmək olmur.

Pis yaxşıya qarışıb, hətta yaxşını da üstələyib. Hazırda – yaranış mərhələsidir. Əsrin əvvəli yaranış, sonu isə təhqiqat dönəmidir.

Bu üzdən bu gün 21-ci əsr ədəbiyyatımızı yaradanlardan kimlərinsə qəbul olunmaması çox təbii bir haldır.

Zamanında istedadlı adamların əksəriyyətini qəbul etməyib, layiqincə dəyərini

Budurmu bizim sağlam ədəbiyyat mühitimiz ki, müəllif bir neçə il əlləşib-vuruşub, pul toplayıb, kitabını dərc etdirməlidir və ardınca bir o qədər vaxt sərf edib, pul toplayıb, özü-öz piarını təşkil etməlidir?!

verməyiblər.

Bütün dövrlərdə istedadlı adamlara qarşı ədalətsizlik olub, bu gün də var və olacaq da...

Bu, ədəbiyyatın yazılmamış qanunudur. Bir də görürsən ki, elə bir adamı itələyib, ortalığa çıxardılar ki, bu adamın ümumi “külliyyətində” cəmi bir-iki normal yazısı var, ya yoxdu, bu da sual altındadır?!

Fəqət bu adamı bütün günü gözümüzə soxurlar və həmin adam da özü ədəbiyyatı bilməyə-bilməyə, durub sənə ədəbiyyatdan dərs deyir.

Hə, bax, bu faciədir. Məhz, buna görə də istedadlı yazarlarımız kölgədə qalırlar. Çünki hər yer bu ortalığa “itələnən” “fiqur”un piarıyla məşğuldur.

Amma bu kimi içiboş “fiqurlara” görə narahatlığa dəyməz. Çünki bu adamlar özləri də bilmədən (bilərəkdən) sadəcə, kimlərinsə şahmat taxtasında “fiqurdular”.

Kimisi şah, kimisi vəzir, kimisi də ki, peşkə... Yəni, gec – tez bu “fiqurlar” oyundan uduzaraq, uzaqlaşdırılacaq.

Tarixdə əbədi heç nə olmayıb, olmayacaq da... Yeni dövrdə, yeni oyunçular köhnələri araşdırmaqla məşğul olacaqlar.

Hə, bax, o zaman, bu günkü istedadlılarla, “fiqurlar”ın fərqi bilinəcək. Çünki artıq həmin zaman ortada nə əvvəlki oyunçular, nə də ki, “fiqurlar” olmayacaqlar. Tam yeni araşdırmaçılar olacaq.

Onlara isə oyunçular və “fiqurlar” yox, mətnlər maraqlı olacaq.

Hər kəsin zamanında yazdığı mətnlər ortalığa qoyulub təhlil olunacaq, lazımlı olanlar ədəbiyyat tarixinə salınacaq, lazımsızlar isə ədəbiyyat arxivinin zibilxanasına atılacaq.

Bu gün öncədən konkret olaraq, kimlərin həmin zibilxanada özünə yer edəcəyini müəyyənləşdirmək olmaz. Çünki zamanında yanaşma təbii ki, qərəzsiz, ədalətli olmayacaq.

Çünki hələ ki şahmat taxtasında həmin “fiqurlar”ı oynadan oyunçular var və həmin oyunçular da kifayət qədər bacarıqlı, peşəkar oyunçulardı.

Onlar oyunlarını və “fiqurlarını” elə qurublar ki, zamanında, kimsə bu oyunu poza bilməz.

Zatən, pozsa belə, ədəbiyyat olmaz. Çünki ədəbiyyat özü elə oyundur.

Fəqət, bu oyun indi ədəbi mühitdə oynanılan oyundan deyil. Ədəbiyyat həyat, duyğu, söz oyunudur. Faciəli tərəf ondadır ki, bu oyunun oyunçularının bəziləri söz oyunçusu deyillər.

Yəni bunlar, ədəbiyyatda “ADAMLI-ADAMSIZ” oyunu oynayırlar.

Ətraflarına “ADAMLI” “fiqurlar” toplayıb, ədəbi əsərlərin yazılmasına vaxt sərf etməkdənsə, zamanında ciddi, fəqət yüz ildən sonra gülünc bir “fiqurlar”lara çevriləcək “şəxsiyyətlər” yetişdirirlər.


Bu gün ədəbi mühitimizdə kifayət qədər imzası məşhur olan, fəqət yaradıcılığı olmayan – varsa da, şişirdiləcək qədər olmayan müəlliflər var.

Yaxud da, gündə bir şeir və ya hekayə istehsal edən müəlliflərimiz də az deyildir. Gündə bir şeir yazmaq, şair olmaq demək deyil. Get-gedə keyfiyyəti itirir, kəmiyyətə üstünlük verməyə çalışırıq.

***

Bir az da bu “ADAMLI-ADAMSIZ” oyunun başqa bir tərəfindən söz açım.

Əvvəllər yeni çıxan əsərləri tənqidçilər, söz adamları oxuyar, fikirlərini yazar, müzakirəsini təşkil edərdilər. Bununla da oxucu hansı əsərin ciddi ədəbiyyat mətni, hansının “ara ədəbiyyat” mətni olduğunu seçə bilirdi. İndi isə bu sahədə də monopoliya var.

Hərə öz “kruq”unda olan müəllifin yaradıcılığını izləyir, onun yaradıcılığı haqqında (pis də, yaxşı da olsa) yüksək fikirlər danışır və yazırlar.

Yaxud da ki “müxalif kruq”dadırsa, həmin müəllifin əsəri yüksək səviyyəli bir əsər olsa belə, susur danışmırlar, ya da ki haqlı-haqsız yıxıb-sürüyürlər. Bununla da oxucunun zövqü korlanır və ədəbiyyata marağı itir. “Budurmu ədəbiyyat?” – deyə bizi qınayırlar.

Daha sonra isə təəssüflə oxucunun olmamasından şikayət edirik. Məgər biz oxucuya hansı əsəri düzgün şəkildə təqdim etmişik ki, oxucu problemindən də danışaq?!

Demək, oxucunun olmamasında da özümüz günahkarıq. Bu üzdən də özümüz yazıb, özümüz də oxuyuruq.

Budurmu bizim sağlam ədəbiyyat mühitimiz ki, müəllif bir neçə il əlləşib-vuruşub, pul toplayıb, kitabını dərc etdirməlidir və ardınca bir o qədər vaxt sərf edib, pul toplayıb, özü-öz piarını təşkil etməlidir?!

Bax, buna görədir ki, ortalığa kifayət qədər ciddi əsərlər qoya bilmirik. Bəlkə də, Azərbaycanın əyalətlərində elə müəlliflər var ki, bu gün oyunçuların “fiqur” kimi ortada oynatdıqları “şəxsiyyətlər”in mininə dəyərlər.

Fəqət onların nə özləri, nə də əsərləri üzə çıxmır. Nəyə görə? Ona görə ki, Azərbaycan ədəbi mühitində gərək, kiminsə “kruq”unda olasan.

Ya olmalısan, ya da olmamalısan. Oldunsa, istedadın olmasa da, cəmiyyətə “istedadlı” adı ilə sıranacaqsan.

Olmayacaqsansa, nə yazsan da, sən YOXsan, sən İSTEDADSIZSAN!

Çoxu da həvəsdən düşüb, qələmi yerə qoyaraq gedib başqa bir işlə məşğul olur. Amma bəlkə də bu gün qələmini yerə qoymağa vadar etdiyimiz yazarlar var ki, onlar ədəbiyyatın qaymaqları idi. Fəqət qoymadıq da, imkan vermədik.

Bizimki ancaq ədəbiyyatda “ADAMLI-ADAMSIZ” oyunudur.

Oynamalısan, qurtardı, getdi... Odur ki, yeni gələnlər də gərək əvvəlcədən mətn yazmaqdan öncə “ADAM”ını və “KRUQ”unu müəyyənləşdirsin. Birinci daha vacibdir. Çünki birincinin vasitəsiylə ikinci də özü yaranır.

24 Sentyabr 2011,
Bakı şəhəri

Günün bütün mövzuları

XS
SM
MD
LG