Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:32

Azərbaycan prezidenti yəhudi icmasını təbrik edib


Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib.

Təbrikdə deyilir: «Yəhudi xalqının milli yeni il bayramı - Roş-Ha-Şana münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələri, o cümlədən yəhudi vətəndaşlarımız, yüz illərdir ki, əmin-amanlıq şəraitində yaşayaraq ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatında yaxından iştirak edirlər. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin təşviq edilməsi, milli azlıqların dil və mədəniyyətinin inkişafı, adət-ənənələrinin qorunub saxlanması dövlətin daimi himayəsi altındadır və bu siyasət ardıcıl olaraq davam etdiriləcəkdir…».
XS
SM
MD
LG