Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:24

İsrail öldürülən qızın ailəsinə kompensasiya verəcək


Qüds şəhər məhkəməsi 2007-ci ilin yanvarında aldığı rezin güllə yarasından sonra ölən 10 yaşlı fələstinli qızın ailəsinə kompensasiya ödənilməsinə qərar verib. Məhkəmənin sentyabrın 25-də verdiyi qərara görə, İsrail hökuməti 10 yaşlı Abir Aramin-in qətlində günahkar bilinib. İsrail dövləti onun ailəsinə 430 min dollar kompensasiya ödəməli olacaq.

Abir Aramin Anata qəsəbəsindəki məktəbdən çıxandan sonra yaxınlıqdakı sərhəd mıntəqəsindən atılan rezin güllə yarası ilə başından yaralanmışdı. 2 gün sonra dünyasını dəyişmişdi. Polis qızın rezin güllə ayarasından ölməsiylə bağlı birbaşa dəlillər olmadığını əsas gətirib işi bağlasa da, Abirin ailəsi mülki məhkəmədə iddia qaldırmışdı.
XS
SM
MD
LG