Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:27

«3 medala, 4-5 lisenziyaya ümid edə bilərik»


Bakıda boks turniri - 9 mart 2011

Bakıda boks turniri - 9 mart 2011

TEYMUR MƏMMƏDOV: «HƏR ŞEYİ RİNQ GÖSTƏRƏCƏK»

Sentyabrın 26-da Bakıda Boks üzrə Dünya Çempionatı başlayıb. Çempionat başlamazdan qabaq özünə diqqət çəkib. Səbəblər haqda az sonra.

Çempionatda 127 ölkədən 685 boksçu mübarizə aparmalıdır. O cümlədən qonşu Ermənistandan 7 boksçu şansını sınamalıdır. Həmin idmançıların təhlükəsizliyi yüksək səviyyədə təmin olunub. Hər halda, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev AzadlıqRadiosuna belə deyib.

Ev sahibi olan Azərbaycanı isə çempionatda 9 boksçu təmsil edir. Dünya çempionatında 92 idmançı 2012-ci il London Olimpiadasına lisenziya almalıdır. Lisenziya uğrunda mübarizə aparanlardan biri də 18 yaşlı, 91 kiloqram ağırlıqda olan Teymur Məmmədovdur:

«Bu yarışda lisenziya qazanmaq fikrim var. İnşallah yaxşı olacaq və medala çıxaram. Yaxşı hazırlaşmışıq».

Teymur Məmmədov ümidlidir. Məğlubiyyət haqda düşünmək belə istəmir. Hərçənd həyəcanını da gizlətmir:

«İki yol var. Güclü rəqiblərlə ya yarımfinalda, ya da finalda görüşə biləcəm. Amma «jerebyovka» bizim üçün yaxşı oldu».

Teymur Məmmədov rəqibləri haqda danışmaq istəmir. Bircə kəlmə deyir: «Hər şeyi rinq göstərəcək».

AĞACAN ƏBİYEV: «HEÇ NƏ DEYƏ BİLMƏRƏM»

Ancaq bu günlərdə dünya çempionatı haqda yazılanlar şübhələrə yol açıb – doğrudanmı hər şey rinqdə bəlli olacaq? Yoxsa hər şey qabaqcadan həll olunub?

Məsələ bundadır ki, BBC Azərbaycanın beynəlxalq boks təşkilatına (WSB - Ümumdünya Boks Seriyası) məxfi şəkildə milyonlarla dollar pul ödəməsinə dair sübutlar
Sentyabrın 26-da Bakıda Boks üzrə Dünya Çempionatı başlayıb
əldə etdiyini bildirir.

Adı çəkilməyən mənbə BBC-yə deyib ki, bu pullar Azərbaycan boksçularının 2012-ci il Olimpiya oyunlarında iki qızıl medal qazanacaqlarına zəmanət əvəzi kimi alınıb.

Olimpiya oyunlarını təşkil edən Beynəlxalq Həvəskar Boks Assosiasiyası – AIBA da etiraf edir ki, Azərbaycan vətəndaşı yarışlardan birinin fonduna 9 milyon dollar pul köçürüb. Ancaq AIBA qızıl medal haqda sövdələşmənin olmasını inkar edir.

Elə Azərbaycan Boks Federasiyasının prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bu iddiaları rədd edib. Mətbuata açıqlamasında bu deyilənlərin böhtan olduğunu söyləyib:

«Kiminsə dediyinə əsaslanıb belə qeyri-ciddi bir məlumatı dünya ictimaiyyətinə ötürmək düzgün deyil. Buna görə onlar cavab verməlidirlər. Bu baxımdan boksçularımızın da üzərinə məsuliyyət düşür. Onlar güclü çalışıb sübut etməlidirlər ki, söylənilənlər hamısı cəfəngiyatdır».

Federasiyanın vitse-prezidenti Ağacan Əbiyev isə AzadlıqRadiosunun bu yöndəki suallarını cavablandırmaqdan imtina etdi:

«Onunla bağlı heç nə deyə bilmərəm. Bağışlayın məni, boks başlayır».

Azərbaycanın boks üzrə yığmasının kapitanı Rəhim Nəcəfov da danışmaqdan imtina etdi. Səbəbi beləydi: «Yorğunam».

«QIŞ OLİMPİADASI İLƏ BAĞLI DA BELƏ HOQQA OLMUŞDU»

«Azərbaycanın adının bu cür xoşagəlməz hadisədə hallanması heç yaxşı deyil və onun imicinə zərbədir».

«Futbol +» qəzetinin redaktoru Kənan Həsənov belə deyir. O əvvəllər də buna bənzər hadisələrin olduğunu yada salır:

Milli çempionat - 21 dekabr 2011
«Ortada konkret rəqəmlər göstərilir – 9 milyon avro. Artıq 9 milyon avronun Azərbaycandan bir vətəndaşın adından göndərilməsini də deyirlər. AIBA artıq bununla bağlı komissiya yaradıb. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti də deyib ki, bu məsələ araşdırılsın. Belə şey varsa, ölçü götürüləcək. İndiki məqamda nəsə demək olmur, ruslar demiş: «ne poyman, ne vor». Amma bu, Azərbaycanın imicinə zərbədir. Digər idman növlərində də belə hallar olub. Məsələn, qış olimpiadası ilə bağlı belə hoqqalar olmuşdu».

AĞACAN ƏBİYEV: «NƏ QƏDƏR ÇOX OLSA, O QƏDƏR YAXŞIDIR»

Komissiya araşdırmasında olsun, çempionat isə artıq başlayıb. Çempionatla bağlı Azərbaycanın da öz gözləntiləri var. Bu qalmaqaldan sonra yük idmançıların boynuna düşüb. Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev:

- Gözləntimiz odur ki, Azərbaycan boksçuları yaxşı çıxış etsinlər.

- Azərbaycan idmançıları nə qədər lisenziya almağa iddialıdır?

- Nə qədər çox olsa, o qədər yaxşıdır.

«3 MEDAL, 4-5 LİSENZİYA»

Kənan Həsənov isə deyir ki, yarışın Azərbaycanda keçirilməsi yerli idmançıların şansını artırır. O inanır ki, azərbaycanlı boksçular bundan maksimum yararlanmağa çalışacaqlar:

«O biri tərəfdən bilirsiz ki, Azərbaycan yığmasında məşqçi dəyişikliyi baş verib. Ümumiyyətlə, komandada əvvəlki ilə müqayisədə nizam-intizam da artıb. Boksçular fiziki baxımdan gücləniblər, yəni raundlar üzrə dözümlülükləri artıb. Bunlar müsbətdir. 3 medala, 4 ya 5 lisenziyaya ümid edə bilərik».

Azərbaycanlı boksçular sentyabrın 27-də rinqə çıxmalıdırlar: Elvin Məmişzadə (52 kq) və Rəhim Nəcəfov (56 kq). Necə deyərlər: bu meydan, bu da…
XS
SM
MD
LG