Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:48

Prezident maliyyə nazirinə günün sonuna kimi vaxt verib ki. istefaya getsin


Rusiya prezidenti Medvedev maliyyə naziri Kudrinə günün sonuna kimi vaxt verib ki, istefaya getsin.

Bazar günü Kudrin Vaşinqtonda demişdi ki, Medvedev baş nazir olsa, onun başçılıq etdiyi hökumətdə işləməkdən imtina edir.

Medvedev bu gün Ulyanovsk vilayətinin Dmitrovqrad şəhərinin modernləməsi üzrə toplantıda deyib ki, belə bəyanatlar yolverilməzdir. Bu, subordinasiyanı və intizamı pozur.

O, üzünü Kudrinə tutub ki, “Aleksey Leonidoviç, əgər siz prezidentin kursu ilə razı deyilsinizsə, bunun bir yolu var, siz bilirsiniz - istefa vermək”.

Cavabında Kudrin deyib ki, “Doğrudan da mənim sizinlə fikir ayrılıqlarım var. Mən sizin təklifinizlə bağlı qərar qəbul edəcəm, ancaq baş nazirlə (Putinlə) məsləhətləşəndən sonra”.

Reuters öyrənib ki, prezidentin naziri istefaya göndərmək hüququ yoxdur. Prezident istefaya bütünlükdə hökuməti göndərə bilər.
Prezident naziri işdən çıxartmaq istəyirsə, baş nazirə təklif verə bilər.
XS
SM
MD
LG