Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:27

12 min müsəlman Londonda yürüş keçirib


Tahir-ul-Qadri
Tahir-ul-Qadri

Sülh Bəyannaməsi üçün 1 milyonluq imza toplama kampaniyasına başlanılıb


Londonda bu bazar minlərlə müsəlman küçəyə çıxaraq terrorizmə qarşı aksiya keçirib. Böyük Britaniyada yaşayan İslam davamçılarının təşəbbüsü ilə artıq 2012 Sülh Bəyannaməsi üçün online imzatoplama kampaniyası başlanılıb.

Məşhur Uembli stadionunda keçirilən aksiyaya Pakistanlı İslam alimi Muhammad Tahir-ul-Qadri rəhbərlik edib. O, ötən il terrora qarşı ətraflı fətva hazırlaması ilə məşhurlaşıb.

CİHAD HAQDA DÜZGÜN TƏSƏVVÜRÜ OLMAYANLARA….

Tahir-ul-Qadri deyib ki, bu gün əsl müsəlmanların, sülhsevər İslam davamçılarının səsi eşidilmir, ekstremistlərin səsi sülhsevər müsəlmanların səsini batırır:

“Mən cihad haqda düzgün təsəvvürü olmayanlara səslənirəm – etdikləriniz tamamilə İslama qarşıdır. İslamın heç bir terror aktına aidiyyəti yoxdur. Biz qeyd-şərtsiz olaraq hər bir ekstremizm və terror aktını pisləyirik”.

Tahir-ul-Qadri bu mesajı “artıq beyni zəhərlənən” insanlara deyil, radikallaşmaq sərhədində olan müsəlmanlara ünvanladığını bildirib.

BAŞ NAZİRİN MESAJI OXUNULUB

Bu yürüşün təşkilinə bir ilə yaxın vaxt sərf olunub. Aksiyaya Böyük Britaniyanın hər nöqtəsindən müsəlmanlar toplaşıblar. Təxminən 12 min insan baş verənləri izləyib. Aksiya zamanı baş nazir Devid Kameron, baş nazirin müavini Nik Kleqq, BÇT-nin baş katibi Ban Ki-Moon, yerli arxiyepiskop və tanınmış siyasətçilərin mesajları səsləndirilib.

Aksiya zamanı Sülh Bəyannaməsi üçün imza toplama kampaniyası başlanılması da elan edilib. Bəyannamədə müsəlman aləmində demokratiya, insan haqlarına hörmət, bütün dünyada kasıblığa son qoyulmasına dair mesajlar yer alacaq. Gələn il yanvarın 1-nə qədər 1 milyon insanın imzasını toplamaq qarşıya məqsəd qoyulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG