Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:47

Gəncədə qoyun ətinin qiyməti 1 manat artıb


Bu barədə Gəncə şəhər Statistika İdarəsinin Qiymət şöbəsinin müdiri Nəbi Baxşəliyev məlumatı verib.

Son bir ayda şəhərdə qoyun ətinin qiyməti 8 manatdan 9 manata qalxıb.

Bundan başqa şəhərdə bəzi tərəvəz məhsullarının da qiyməti bahalanıb. Belə ki, pomidorun qiyməti də 33.4 faiz artaraq 50 qəpiyə çatıb. Xiyarın qiyməti avqust ayında 40 qəpik idisə, bu ayın sonu 60 qəpik təşkil edib. Kələmin qiyməti isə 30 qəpikdən 50 qəpiyə qalxıb.
XS
SM
MD
LG