Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:10

Avrozona yardım fondunu dəfələrlə artıra bilər


Almaniyanın Die Welt qəzeti Avropa Birliyinin maliyyə komissarı Olli Rehnə istinadla yazır ki, Avropa Maliyyə Sabitliyi Fondunda pul artırılacaq.
Həmin fond maliyyə çətinliyi olan avrozona ölkələrinə yardım və xilas üçündür.

İyul ayında avrozona rəhbərləri fonddakı pulu 440 milyard avroyacan artırmışdılar.

BBC-nin məlumatına görə, fond 2 trilyona çatdırıla bilər. Yunanıstanın borcunun 50 faizi isə silinə bilər.
XS
SM
MD
LG