Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:06

Erməni boksçular Bakıda təhlükəsizlikdədir


Bakıda keçirilən Boks üzrə dünya çempionatında bütün təhlükəsizlik qaydalarına əməl edilir.

Bunu Ermənistanın rəsmi dövlət saytı olan «Panarmenian.net»ə bu ölkənin boks federasiyasının vitse-prezidenti Derenik Qabrielyan deyib.

Ermənistan, eləcə də tərkibində iki erməni boksçu olan Rusiya komandaları çempionatın başqa iştirakçılarından ayrı yerləşdiriliblər.

Sentyabrın 25-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
XS
SM
MD
LG