Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:29

Azad edilən amerikalılar İran hakimiyyətini ittiham ediblər


Azad ediləndən sonra vətənləri ABŞ-a qayıdan Shane Bauer və Josh Fattal İran hakimiyyətini onları əsassız yerə həbs etdiyi üçün ittiham edib.

Onlar deyiblər ki, Tehranın Evin həbsxanasında incidilən məhbusların kəskin qışqırtılarını eşidiblər.

Shane Bauer və Josh Fattal ABŞ-a çatan kimi bəyanat veriblər ki, İran hakimiyyəti onları yalnız amerikalı olduqları üçün 2 il həbsxanada "casusluq" ittihamı ilə saxlayıb.

29 yaşlı gənclər 1 milyon dollarlıq girov müqabilində azadlığa buraxılıblar. Onlardan əvvəl isə üçüncü yoldaşları Sarah Shourd bir il əvvəl girov müqabilində sərbəst buraxılmışdı.

Hər üçü 2009-cu ildə İran-İraq sərhədini keçiblər. İran hakimiyyəti onları casusluqda ittiham edirdilər.
XS
SM
MD
LG