Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:44

Ukraynada Yəhudi ziyarətinə etiraz aksiyası keçirilib


Ukrayna polisi "Azadlıq" milli qrupunun 40-a yaxın üzvünü həbs edib. Onlar Həsid Yəhudilərinin ziyarətinə etiaz ediblər. Bazar günü toplaşan qrupun bəzi üzvləri "Hasidlərsiz Uman", "Ukrayna yalnız ukraynalılar üçün" şüarları qışqırıblar. Polis onların aksiyasını dağıdıb.

Hər il bu vaxt minlərlə Hasid Yəhudisi Umana 1810-cu ildə ölən Ravvin Nachmanın qəbrini ziyarət etməyə və "Roş Hoşana" mərasimini keçirməyə gəlirlər.

"Azadlıq" qrupunun yerli rəhbəri Tetyana Chornomaz deyir ki, onlar yəhudilərin əleyhinə deyillər, sadəcə, qanunları pozan ziyarətgaha və bunun qarşısını almayan yerli rəhbərliyə etiraz edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG