Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:05

Nobel mükafatçısı öldü


Afrika əsilli Nobel mükafatçısı və ekologiya məsələlərində fəal Wangari Maathai Keniyada xəstəxanada vəfat edib.

O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

71 yaşlı Wangari Maathai 2004-cü ildə Nobel mükafatını ekologiyanın qorunması ilə bağlı göstərdiyi fəallığa görə almışdı. O, Keniyada Yaşıl Qurşaq Hərəkatının banisi idi və eyni zamanda vətəndaş və qadın hüquqları ilə bağlı mübarizə aparırdı. Xanım Maathai həm də parlament üzvü idi.
XS
SM
MD
LG