Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:56

Cəbhə xəttinin ayrı-ayrı mövqelərində atəşkəs pozulub


Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 25-də cəbhə xəttində bir neçə mövqedə atəşkəs pozulub.

Nazirliyin mətbuat xidməti bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri səhər saatlarında Daşkəsən rayonu, axşam saatlarında isə Xocavənd və Tərtər rayonunu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Atəşkəs sentyabrın 26-na keçən gecə də pozulub. Bu dəfə Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən atəş açıblar.

Nazirlik bildirir ki, Azərbaycan tərəfi də cavab atəşi açıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG