Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:56

Yəmən prezidenti hakimiyyətdən getməyə hazır olduğunu bəyan edib


Yəmən prezidenti Ali Abdullah Saleh Səudiyyə Ərəbistanından qayıdandan sonra ilk dəfə olaraq xalqa müraciət edib.
O, müraciətində bildirib ki, Körfəz ölkələrinin təşəbbüsülə səlahiyyətlərini seçkilərdən əvvəl vitse-prezidentə ötürür.

- Əziz vətəndaşlar, bütün narahatlıqlar hakimiyyətə görədir. Biz hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün dönə-dönə müzakirə apardıq. Körfəzin təşəbbüsü ilə vitse-prezident Abid Rabbu Mansur Hadiyə dialoq aparmaq üçün və proseduraların yerinə yetirilməsi üçün səlahiyyət verilir. Biz ölkəni təhlükəli böhrandan çıxara biləcəyik.

Ali Abdullah Saleh 30 ildən çoxdur ki, hakimiyyətdədir

Bu ilin yanvarından Yəməndə artıq 33 ildir ki, hakimiyyətdə olan prezident Ali Abdullah Salehin istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Təkcə şənbə günü paytaxt Sanada prezidentin tərəfdarları və əlehdarları arasında baş vermiş toqquşmalarda 40, son həftə ərzində isə təxminən 200 adam ölüb.
XS
SM
MD
LG