Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:30
Feyziyyə Hacıyeva


Müharibədən sonrakı Avropada - 1947-ci ildə Avstriyanın kiçik bir kəndində dünyaya gəldi... 20 yaşında bodibildinq üzrə Mr. Universe titulunu qazandı... "Terminator" və başqa məşhur filmlərin qəhrəmanı... Kennedi ailəsinin üzvü, biznesmen... qubernator (2003-2011)...

Bütün dünyada milyonlarla gəncin kumiri Arnold Schwarzenegger öz həyat hekayətini yeni kitabında anladacaq. Necə oldu ki, o, Amerikada özünə dünya şöhrəti qazana bildi?

Schwarzenegger artıq Amerikanın "Simon and Schuster" nəşriyyatı ilə müqavilə imzalayıb.

"Heç kimin həyat hekayəti onunku qədər maraqlı ola bilməz, onun həyat hekayətinə yaxın da düşə bilməz" - deyə nəşriyyatın sözçüsü bildirib: "Arnold zəmanəmizin ən parlaq simalarından biridir".

“Total Recall: My Unbelievably True Life Story” adlanan kitab 2012-ci ilin oktyabrında işıq üzü görəcək. Schwarzenegger ilk memuarlarını yazmaq üçün tanınmış jurnalist Peter Petre ilə birgə işləyəcək.

Qubernatorluqdan gedəndən sonra Schwarzenegger-in kəbindən kənar övladının olmasının üzə çıxması, məşhur Kennedilər nəslindən olan arvadının (onlar 25 il birgə yaşayıblar) onu tərk etməsi yəqin ki, memuarların satışına müsbət təsir etmiş olacaq.

Çünki nəşriyyatın bildirdiyinə görə, məşhur aktyor yeni kitabında boşanması haqqında da yazacaq.

Schwarzenegger qubernator vəzifəsindən gedəndən sonra "The Expendables 2" filmində çəkilmək təklifi də alıb.

O, burada Hollivudun başqa bir əfsanəsi Sylvester Stallone ilə birgə çəkiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG