Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:42
"Hürriyyət" qəzeti, Ali Kayalar

Ekspertlər hesab edirlər ki, Moskva Avropayla apardığı danışıqlar nəticəsində tezliklə qitənin yeganə qaz təchizatçısı olmaq ərəfəsindədir.

Rusiyanın Qazprom şirkətinin Avropaya qaz nəqli ilə bağlı gərgin keçən müzakirələrdən sonra rəqiblərini arxada qoyacağı gözlənir.

Dünya Enerji Şurası Türkiyə Dövlət Komitəsinin heyət üzvü Necdət Pamir hesab edir ki, Avropa Birliyinin Azərbaycan və Türkmənistanla müqavilələr “istiqamətində” ötən həftəki müzakirələri Türkiyənin Avropaya qaz nəqli ilə bağlı mövqeyini zəiflədib.

NABUKKO VACİB LAYİHƏDİR

Türkiyə artıq Xəzər dənizi qazını Avropaya daşıyası “əlverişsiz” Nabukko ilə bağlı razılaşıb – Türkiyənin “Hürriyyət” qəzetinə müsahibəsində Pamir deyir. Onun sözlərinə görə, Nabukko Avropa və Türkiyə üçün qazın təhlükəsiz nəqlinə görə vacib layihədir. Pamir əlavə edir ki, hazırkı razılaşma Türkiyənin xeyrinə deyil:

“Türkiyə Boru Kəməri Kompaniyası daha yaxşı şərtlərlə tranzit qiymətləri təklif edib və bununla ölkəni enerji mərkəzinə çevirmək olardı. Təəssüf ki, hökumət buna nail olmadı”.

Azərbaycan rəsmiləri bildiriblər ki, Türkiyə ilə qaz razılaşmasında qiymət üzündən mübahisələr həll olunmamış qalır.

Rusiya Avropa Birliyinin Azərbaycan və Türkmənistanla danışıqlar aparmağa dair qərarına kəskin reaksiya verib Xəzər dənizinin status məsələsini qabartdı.
Digər tərəfdən, Qazprom Fransa və Almaniya ilə də qaz nəqli ilə bağlı münasibətləri gücləndirib. Rusiya Almaniyaya qaz nəqlini Baltik dənizindən, Şimal Axını (Nord Stream) xətti ilə yönəldəcək. Bu isə Ukrayna vasitəsilə daşınan qazı 50 faizi azaldacaq.

QAZIN 74%-İ RUSİYADAN ALINACAQ?

Adının açıqlanmasını istəməyən mənbələrdən biri "Hürriyyət" qəzetinə deyir ki, Avropa 2030-cu ilə kimi təbii qazın 74 faizini Rusiyadan alacaq.

Nabukko ilə qaz nəqlinin mümkünlüyünə gəlincə, Necdət Pamir deyir ki, İranın resursları illik 137 milyard kub metr tələbatı çətin ki ödəsin. O əlavə edir ki, mümkün təchizatçı kimi İraq isə siyasi problemlər yaşayır.

Pamir onu da deyir ki, Nabukkoya digər maneə də layihənin ilkin qiyməti ilə bağlıdır. Layihənin ilkin qiyməti 4,6 milyon avro idi, indi isə dəyəri 12 milyard avro ilə ölçülür.

“Rusiya boru kəmərini çəkir və bu oyunda necə davranmağı bilir”, -Pamir deyir.

Sayta hazırladı: Səadət Akifqızı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG