Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:10

Kərbalada azı 9 nəfər ölüb, 100-ə yaxın adam yaralanıb


İraqın Kərbala şəhərində törədilmiş bir neçə partlayışda azı 9 nəfər ölüb, 100-ə yaxın adam isə yaralanıb.

Həkimlər ölü sayının artacağını istisna etmirlər.

Partlayışlar barədə hələlik ətraflı məlumat yoxdur.

Təkcə o bəllidir ki, onlardan biri pasport və digər sənədlərin verildiyi yerli administrasiyanın binasında törədilib.

Partlayışlara görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Şiə müsəlmanları üçün müqəddəs yerlərdən biri olan Kərbəla təxminən Bağdadın 100 kilometrliyində yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG