Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:50

Medvedev baş nazir olsa maliyyə naziri istefa verəcək


Rusiyanın maliyyə naziri və eyni zamanda baş nazir müavini Aleksey Kudrin bildirib ki, əgər Dimitri Medvedev baş nazir olsa hökumətdə qalmayacaq.

İnformasiya agentliklərinin məlumatına görə, iqtisadi siyasət də daxil olmaqla Kudrin bir sıra məsələlərdə Medvedevlə razı deyil.

O bildirib ki, söhbət ilk növbədə hərbi məqsədlərə böyük xərcdən gedir.

Rusiya prezidenti Dimitri Medvedev şənbə günü Vahid Rusiya partiyasının qurultayında baş nazir Vladimir Putinin prezidentliyə namizədliyini təklif edib və Putinin qalib gələcəyi halda hökumətə başçılıq etməyə hazır olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG