Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:10

İsrail rəsmisi bir daha BMT-yə xəbərdarlıq edib


İsrailin xarici işlər naziri Avigdor Liberman bir daha bildirib ki, əgər BMT-nin təhlükəsizlik şurası Fələstini müstəqil dövlət kimi tanısa bunun ciddi aqibəti olacaq.

Misir və İspaniyadan olan diplomatlar isə bundan əvvəl Fələstinin təklifini dəstəkləyiblər.

İspaniyanın xarici işlər naziri Trinidad Jimenez 2 dövlət və sülh danışıqlarının İsrail-
Fələstin münaqişəsinin həllində ən yaxşı alternativ olduğunu deyir.

Bazar ertəsi BMT-nin təhlükəsizlik şurasında BMT-nin tamhüquqlu üzvlüyüylə bağlı Fələstinin təklifinə baxılacaq.

ABŞ artıq təhlükəsizlik şurasında veto qoymaq hüququndan istifadə edəcəyini deyib.

Yaxın Şərq sülh prosesinə vasitəçilik edən ABŞ, Avropa Birliyi, BMT və Rusiya tərəfləri 1 ay ərzində birbaşa danışıqları bərpa etməyə çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG