Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:56

Rezidenturaya qəbul imtahanı başa çatıb


Sentyabrın 25-də 2011-2012-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaydığı məlumata görə səhər saat 11-də başlayan imtahan 3 saata yaxın davam edib. İmtahanın bu mərhələsi ixtisas fənləri üzrə olub.

İmtahanda iştirak üçün ərizə qəbulu sentyabrın 12-dən 20-dək internet vasitəsilə həyata keçirilib və 1000 nəfərdən çox ərizə təqdim edilib.

İmtahanının birinci mərhələsi sentyabrın 24-də keçirilib. Bu mərhələdə namizədlər baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə imtahan veriblər. Rezidenturaya sənəd verənlərdən 15 nəfəri imtahana gəlməyib.

Nəticələr sentyabrın 26-da elan olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG