Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:47

ABŞ Yəmən prezidentini istefa verməyə çağırıb


ABŞ Yəməndəki vəziyyətdən narahatlığını bildirib və bir daha prezident Ali Abdullah Salehi istefa verməyə çağırıb.

Səudiyyə Ərəbistanında müalicə alan Ali Abdullah Salehin ölkəyə dönməsi yeni gərginlik, toqquşmalara səbəb olub.

Təkcə şənbə günü paytaxt Sanada prezidentin tərəfdarları və əlehdarları arasında baş vermiş toqquşmalarda 40, son həftə ərzində isə təxminən 200 adam ölüb.

Bu ilin yanvarından Yəməndə artıq 33 ildir ki, hakimiyyətdə olan prezident Ali
Abdullah Salehin istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Amma o istefa vermək fikrində deyil.
XS
SM
MD
LG