Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:48

Vaşinqtonda avro zonasındakı maliyyə böhranı müzkirə edilir


Aparıcı dünya ölkələrinin maliyyə nazirləri Avropada börc böhranının genişlənməsinə yol verməmək üçün birgə tədbirlər görmək fikrindədirlər.

Birləşmiş Ştatların maliyyə naziri Timoti Qaytner ( Timothy Geithner ) Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda keçirilən iclasında çıxış edərkən avro zonasında zəncirvari xarakter ala biləcək “Defolt” un qarşısını almağa çağırıb.

Rusiyanın maliyyə naziri Aleksey Kudrin bildirib ki, İspaniya və İtaliyadakı kimi riskləri azaltmaq üçün ilk növbədə Yunanıstanda defolta imkan verilməməlidir.

ABŞ, Çin və digər ölkələr Avropanı nəzərdə tutulduğu kimi xilas fonu 440 milyard avroya çatdırmağa və ondan maksimum səmərəli istifadə etməyə çağırıblar.
XS
SM
MD
LG