Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:18

Qaddafinin doğma şəhəri Sirdə hücum başlayıb


Liviyadakı müvəqqəti milli şuranın birləşmələri NATO təyyarələrinin köməyilə Qaddafinin doğma şəhəri Sirtə hücum ediblər.

Məlumatlara görə şəhər mərkəzinin 1 kilometrliyinə yaxınlaşan müxalifət birləşmələri Qaddafi qüvvələrinin güclü müqavimətilə üzləşiblər.

NATO təyyarələri cümə günü silah anbarı da daxil olmaqla şəhərdəki bir neçə obyektə zərbələr endiriblər.

France Press agentliyi isə Qaddafinin digər dayaq məntəqəsi hesab olunan Bani-Valid şəhəri uğrunda gedən döyüşlərdə müvəqqəti şuranın 30-a yaxın itki verdiyini xəbər verir.

Qaddafinin yeri hələlik bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG