Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:50

Gənclər İran səfirliyinin qarşısına qərənfillər düzdülər


Sentyabrın 24-də «Azad Gənclik» təşkilatının 20-yə yaxın üzvü İran səfirliyi qarşısında aksiya keçirib.

Gənclər son dövrlər İranda yaşayan azərbaycanlıların hüquqlarının tez-tez pozulmasına etiraz ediblər.

«Biz İran hökumətinin insanlığa zidd, irqçi addımlarını pisləyir, orda yaşayan azərbaycanlıların hüquqlarının dərhal təmin olunmasını, həbsdə olanların qeyd-şərtsiz buraxılmasını, Urmiya gölündəki ekoloji problemlərin tez bir zamanda həllini tələb edirik», - deyə bəyanatda bildirilir.

Əllərində «İnsan hüquqları, başın sağ olsun!», «Human rights?» şüarları yazılmış plakatlar tutan gənclər səfirliyin qarşısına qərənfillər düzüblər.

Aksiya polis müdaxiləsi olmadan başa çatıb.
XS
SM
MD
LG