Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:05

Medvedev Putinin prezident olmasını istəyir


Rusiya prezidenti Dimitri Medvedev baş nazir Vladimir Putinin prezidentliyə namizədliyini dəstəkləməyə çağırıb.

O belə bir bəyanatla Vahid Rusiya partiyasının qurultayında çıxış edib.

Vladimitr Putin təklifi qəbul edib, dəstəyə görə qurultay iştirakçılarına minnətdarlığını bildirib.

O Rusiyanın inkişafının prioritet məsələ olduğunu deyib və qeyd edib ki, Vahid Rusiya partiyasının Duma seçkilərində qalib gəlməsi bu məsələnin həllinə imkan açacaq.

Partiyanın qurultayı dünən başlayıb.

Qurultayda 11 minədək nümayəndə iştirak edir.

Rusiyada Duma seçkiləri dekabrın 4-də, prezident seçkisi isə gəl ilin martında keçiriləcək.
XS
SM
MD
LG