Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:54

Azərbaycan Dağlıq Qarabağdakı seçkinin BMT-nin sesiyasına salınmasını istəyib


BMT-nin Nyu-Yorkdakı iqamətgahı

BMT-nin Nyu-Yorkdakı iqamətgahı

Azərbaycan Dağlıq Qarabağda keçirilmiş qondarma bələdiyyə seçkilərinin BMT-nin
Baş Assembleyası və Təhlükəsizlik Şurasının gündəliyinə salınmasını xahiş edib.

APA-nın məlumatına görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev BMT-yə bununla bağlı rəsmi məktub təqdim edib.

Baş Assembleyanın gündəliyinə “GUAM ərazisində həll olunmamış münaqişələr və onların beynəlxalq sülhə təsiri, Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət, İrqçilik, ksenofobiya və dözümsüzlüyün aradan qaldırılması kimi məsələləri daxildir.

Rəsmi Bakı bir daha bəyan edir ki,Dağlıq Qarabağdakı qondarma rejim, Ermənistanın bu əraziləri azərbaycanlı əhalidən təmizləməsi nəticəsində yaratdığı qanunsuz qurumdan başqa bir şey deyil.

Qondarma seçkilər də Ermənistanın qəsbkarlıq siyasəti və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində davam edən işğalın nəticələrini pərdələmək məqsədi güdür.-deyə bəyanatda bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG