Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:40

Yəməndə müxalifətin düşərgəsi dağıdılıb,ölənlər var


Şənbə günü Yəməndə təhlükəsizlik qüvvələrinin şəhərin mərkəzindəki müxalifət düşərgəsini atəşə tutması nəticəsində azı 16 adam ölüb.

Bu barədə yerli həkimlər xəbər verirlər.

Şahidlərin dediklərinə görə, hərbçilər düşərgəni tam nəzarətə götürüblər.

Bundan bir gün əvvəl isə paytaxtda baş vermiş atışmada azı 13 adam ölüb.

Yeni toqquşmalar prezident Ali Abdullah Salehin ölkəyə dönüşünə təsadüf edir.
Saleh iyunda iqamətgahına edilmiş hücum zamanı aldığı yaralardan Səudiyyə Ərəbistanında müalicə olunurdu.

Bir neçə aydır ki, Yəməndə onun istefası tələbilə kütləvi nümayişlər keçirilir.

33 ildir ki, hakimiyyətdə olan Ali Abdulla Saleh istefa vermək fikrində deyil.
XS
SM
MD
LG