Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:54

İlk dəfə olaraq rezidenturaya qəbul imtahanı keçirilir


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanı keçirir.

İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə sentyabrın 12-dən 20-dək aparılıb və 1063 nəfər ərizə təqdim edib.

İmtahan yalnız Bakı şəhərində 2 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında keçirilir. Birinci mərhələdə namizədin baza fənləri üzrə bilikləri, sentyabrın 25-də isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq.

Rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 300-dür. /apa/
XS
SM
MD
LG