Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:30

Ailəsi Hacı Məmmədovdan məlumat ala bilmir


Bu barədə AzadlıqRadiosuna Hacı Məmmədovun anası Almas Məmmədova məlumat verib. Almas Məmmədova deyir ki, əvvəllər oğlu ilə telefon vasitəsilə hal-əhval tuturdular, lakin son vaxtlar xəbər ala bilmirlər:

«Hacının səhhəti normal deyil. Şəkəri, qan təzyiqi, mədəaltı vəzisində problemlər var. Heç bir məlumat ala bilmirik».

Sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanıldığından ailə üzvləri ilə görüşməyə icazəsi yoxdur.

MTN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Arif Babayev AzadlıqRadiosuna bildirdi ki, Hacı Məmmədovun səhhəti normaldır:

«İstintaq Təcridxanasının təlimatına uyğun olaraq Hacı Məmmədov müəyyən edilmiş bütün hüquqlarından istifadə edə bilir. Vaxtı-vaxtında gəzintiyə çıxır. Səhhəti ilə bağlı da heç bir şikayəti yoxdur».

Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi «Qara kəmər» əməliyyatı zamanı həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG