Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:45

Erməni müxalifəti Yerevanda hökumətə qarşı mitinq keçirir


Keçmiş prezident Levon Ter-Petrosyanın Ermənistan Milli Konqres Partiyası Yerevanın “Azadlıq” meydanında mitinq keçirir.

Müxalifət ölkədə növbədənkənar seçkilərin keçirilməsini tələb edir.

Partiyanın koordinatoru Levon Zurabyan deyib ki, hakimiyyətlə dialoq nəticə verməyib. “Hakimiyyət ölkədə dinc üsulla demokratiyanın bərqərar olunması planını rədd etdi. Buna görə də xalq hakimiyyətlə onun yaxşı anladığı başqa dildə danışmağa məcbur olacaq”.

İyulda müxalifətlə hakimiyyət arasında başlanan dialoq sonradan dayandırlıb.

Səbəb partiyanın fəallarından olan Tiqran Arakelyanın xuliqanlıq ittihamı ilə həbsidir. Milli Konqres Partiyası bildirib ki, Arakelyan azadlığa buraxılmayınca danışıqlarda iştirakı bərpa etməyəcəklər.
XS
SM
MD
LG