Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:01

Əsgər leytenantı güllələyib


Hadisə sentyabrın 23-də Naxçıvandakı «N» saylı hərbi hissədə baş verib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevin AzadlıqRadiosuna verdiyi məlumata görə, əsgər Sarvan Hüseynov xidməti silahını təmizləyərkən atəş açılıb. Nəticədə 27 yaşlı leytenant Balabəy Veysəlov ayaq nahiyəsindən yüngül xəsarət alıb:

«Hazırda onun vəziyyəti yaxşıdır. Aparılan araşdırmalar zamanı hadisənin ehtiyatsızlıqdan baş verdiyi müəyyənləşdirilib».

1993-cü il təvəllüdlü Sarvan Hüseynov 2010-cu ilin oktyabrında Şamaxı Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG