Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:28

Fələstin fikrindən dönməyəcək


Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas bildirib ki, müstəqil dövlət kimi tanınmaları üçün BMT-yə müraciət etmək fikirlərindən dönməyəcəklər.

Muxtariyyət hökumətinin sözçüsü deyib ki, Fələstinin BMT-yə müraciətinə qarşı çıxan ABŞ onları fikrindən döndərə bilməz və tezliklə müstəqil dövlət kimi tanınmaları üçün məktubu BMT-nin baş katibi Ban Ki Muna təqdim edəcəklər.

Fələstin və İsrail arasında 20 ildir davam edən danışıqlar hazırda dalana dirənib.

İsrail Fələstinin BMT-yə müraciətinə qarşı çıxır. ABŞ isə bunun effektiv olmayacağını, sülhün yalnız danışıqlar yolu ilə əldə edilə biləcəyini bildirir, BMT-nin Təhlükəsizlik Şurasında Fələstinin müstəqil dövlət olmaq istəyini əngəlləyəcəyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG