Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:40

Suriyada yenidən nümayişçilərə atəş açılıb


Suriyanın təhlükəsizlik qüvvələri sentyabrın 23-də yenidən dinc nümayişçilərə atəş açıblar.

Minlərlə insan ölkə boyu cümə namazından sonra küçələrə çıxaraq prezident Bəşər Əsədin istefasını tələb ediblər.

Ölən, yaralananlar haqqında hələ ki məlumat yoxdur.

Bu arada Avropa Birliyi Əsəd rejiminə daha çox təzyiq etmək üçün ölkənin neft sektoruna sərmayə qoymağı qadağan edib.

Suriyada aylardır davam edən etirazlarda 2600-a yaxın insan həlak olub.
XS
SM
MD
LG