Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:01

M.Məmmədquliyev: «ÜTT-yə daxil olmaq üçün nə lazımdırsa, Azərbaycan edib»


«Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyir. Amma üzvlüyün şərtləri də Azərbaycanın maraqlarına uyğun olmalıdır».

Bunu Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında deyib:

«ÜTT-yə daxil olmaq üzrə işçi qrupun növbəti iclası noyabr-dekabr aylarında keçirilə bilər. ÜTT-yə daxil olmaq üçün Azərbaycan tərəfindən bütün addımlar atılıb. Lazımi sənədlər hazırlanıb katibliyə təqdim edilib. İndi hər şey ÜTT-yə üzv ölkələrin və katibliyin qərarından asılıdır. Danışıqlar aparılır».

M. Məmmədquliyev danışıqların nə vaxt yekunlaşacağını bilmədiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG