Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:44

Keçmiş əfqan prezidenti bu gün dəfn olunacaq


Bu gün Əfqanıstanın keçmiş prezidenti Burhanuddin Rabbani paytaxt Kabulda dəfn olunacaq.

O, Talibanın sülh elçilərini öz evində qəbul edərkən öldürülmüşdü.

Əfqanıstan polisi mətbuata məlumat verib ki, dəfn mərasiminin yüksək vəziyyətdə keçməsi üçün əlavə 3000 polis əməkdaşı cəlb olunub.

Sentyabrın 22-də ABŞ dövlət katibi Hillari Clinton bildirib ki, onlar Rabbaninin öldürülməsinə baxmayaraq, Əfqanıstanla birgə Talibanla sülh danışıqlarının yolunu axtaracaq.

Əfqan polisi qətldə Talibanı günahlandırır, amma Taliban keçmiş prezidentin qətlini öz üzərinə götürməyib.
XS
SM
MD
LG