Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:16

Qaddafinin bir istehkamı üsyançıların əlinə keçib


Liviyanın yeni hökuməti bəyan edib ki, onlar keçmiş lider Muammar Qaddafinin istehkamlarından birini tuta biliblər.

Milli Müvəqqəti Şurasının hərbi məsələlər üzrə sözçüsü bildirib ki, onların qüvvələri artıq paytaxt Tripolidən 800 km uzaqlıqdakı Sabhaya nəzarət edirlər.

BMT-nin nüvə agentliyi sentyabrın 22-də bildirmişdi ki, Qaddafi hökuməti Sabha yaxınlığında uran xam malı saxlayıb. Bundan əvvəl CNN məlumat vermişdi ki, Şura qüvvələri radioaktiv maddəyə bənzər hərbi sahə tapıblar.

Sabhadakı müvəffəqiyyətə baxmayaraq, Liviyanın yeni hökumət qüvvələri hələ də Qaddafi döyüşçülərinin əlində olan Bani Valid və Sirtəni azad edə bilməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG