Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:26

BMT İranda yeniyetmələrin edamını pisləyib


BMT ekspertləri İranda 17 yaşlı Alizera Molla Soltaninin ictimaiyyət qarşısında edam olunmasını pisləyiblər. Edam sentyabrın 21-də olub.

Ekspertlər bildiriblər ki, bu il İranda 3 yeniyetmə asılıb.

BMT Uşaq Hüquqları 18 yaşa qədər olan yeni yetmələrə edam hökmünün verilməsini qadağan edib.

2011-ci ildə İranda 200 adam edam olunub. Onların əksəriyyəti narkotik vasitələrlə əlaqəli cinayətlərdə suçlandırılıb. BMT bunu da ittiham edib.
XS
SM
MD
LG