Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:12

Yəmən prezidenti ölkəsinə qayıdıb


Yəmən prezidenti Ali Abdullah Saleh ölkəsinə qayıdıb. Bu barədə Yəmən dövlət televiziyası məlumat yayıb. Məlumata görə Abdullah Saleh özəl təyyarəsində geri qayıdıb.

O, Yəməni iyunda tərk edib. Saleh etirazçıların hücumu zamanı yaralandığı üçün Səudiyyə Ərəbistanına müalicəyə aparılməşdı.

Ölkə vətəndaşları Abdulla Saleh hakimiyyətinə qarşı etiraz aksiyaları keçirir. Sentyabrın 18-dən bəri etirazçılarla hakimiyyət təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda 80 nəfərin öldüyü bildirilir.

Abdullah Saleh 30 ildir ki, hakimiyyətdədir.
XS
SM
MD
LG