Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:50

İlham Əliyev Varşavaya səfər edəcək


Yaxınlarda prezident İlham Əliyev Varşavaya səfər edəcək.

Bunu Avropa Xarici Fəaliyyət Xidmətinin direktoru Gunnar Viqand (Gunnar Wiegand) jurnalistlərə açıqlamasında deyib.

Varşavada Avropa İttifaqı ölkələrinin zirvə toplantısı keçiriləcək.

G. Viqand həm də İranla Rusiyanın «Transxəzər» qaz kəməri ilə bağlı bəyanatlarına da münasibət bildirib:

«Biz regionda gərginliyin tərəfdarı deyilik. «Transxəzər» qaz kəməri ilə bağlı Avropa İttifaqının qərarı biznes maraqlarına əsaslanır. Qaz kəmərinin şaxələndirilməsini istəyir. Avropa İttifaqı da bu məsələ üzrə Rusiya ilə də danışıqlar aparır. Rusiya uzun müddət Avropa İttifaqının qaz təminatçısı kimi qalacaq».
XS
SM
MD
LG