Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:13

İran prezidentinin çıxışı zamanı zalı tərk edənlər olub


İran prezidenti Mahmud Əhmədnejadın BMT-nin Baş Assambleyasında Amerika əleyhinə çıxışı zamanı ABŞ nümayəndə heyəti zalı tərk edib. O, çıxışında 2001-ci il 11 sentyabr terrorunu şübhə altına alıb. Həmin gün terror nəticəsində Dünya Ticarət Mərkəzi dağılmışdı, ölənlər olmuşdu.

Mahmud Əhmədnejad hesab edib ki, ABŞ İraq və Əfqanıstana "soxulmaq üçün bəhanə" gəzib.

-Özlərinin imperialist media şəbəkəsindən istifadə etməklə Holokaust və 11 Sentyabr hadisələri iə bağlı sual verən hər kəsi sanksiya və hərbi əməliyyatla hədələyirlər.

Mahmud Əhmədnejadın yarım saatlıq çıxışı zamanı bəzi Qərb ölkələrinin nümayəndə heyəti də zalı tərk edib.

İran prezidentinin çıxışı zamanı 1000-dən çox adam BMT-nin qarşısında etiraz aksiyası çıxıb.

Onlar İran əleyhinə şüarlar səsləndiriblər: “Rədd olsun İslam Respublikası!”, “Rədd olsun Mahmud Əhmədnejad!” Aksiyaçılar İranda insan haqlarının pozulmasına etiraz ediblər.
XS
SM
MD
LG