Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:05

“Kulis”in sorğusunda - Aqşin Yenisey birinci oldu


Aqşin Yenisey
Aqşin Yenisey
Kulis.az-ın bir həftə ərzində keçirdiyi “Sizcə, ən peşəkar gənc yazıçı hansıdır?” on-line sorğusu yekunlaşıb.

Min nəfər istifadəçinin iştirak etdiyi rəy sorğusunun birincisi 17% səs çoxluğu ilə Aqşin Yenisey olub.

“Bizim eradan əvvəl” şeirlər kitabı, “Cənnətdə terror aksiyası” əsərləri ilə sevilən Aqşin Yenisey ümumilikdə 165 səs qazanıb.

Yazıçı Seymur Baycan isə həmkarından cəmi 20 səs geri qalıb və 15% səs çoxluğu ilə ikinci olub.

“Digər yazarlar” bəndinə istifadəçilərin 13%-i səs verib, sorğuda adı olmayan yazıçıları üçüncü ediblər.

Dördüncü yeri Əli Əkbər – 108 səslə, beşinci yeri – 79 səslə Şərif Ağayar tutub.

Qadın yazarlarımız Nərmin Kamal – 7% yığmaqla 7-ci yer, Sevinc Pərvanə isə 4% səs toplamaqla 8-ci yerdə qərarlaşıblar.

Sorğuda adları yer alan yazarlar - İlqar Fəhmi – 8%, Kəramət Böyükçöl, Kənan Hacı, Mirmehdi Ağaoğlu – 4%, Cavid Zeynallı, Zərdüşt Şəfizadə – 1% səs çoxluğu ilə qiymətləndiriliblər.

Günel ƏSGƏRZADƏ
Kulis.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG