Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:41

Fələstinlilər Obamanın BMT-ki çıxışına etiraz edir


Fələstinlilər cümə günü İordan çayının qərb sahili, Ramallahda ABŞ prezidenti Barack Obamanın BMT-ki çıxışına etiraz olaraq aksiya keçiriblər.

Obama dünən Nyu-Yorkda Fələstin prezidenti Mahmud Abbasla görüşərkən bildirib ki, onun ölkəsi müstəqil Fələstin dövlətinin tanınmasıyla bağlı BMT-nin təhlükəsizlik şurasının istənilən qərarına veto qoyacaq.

Obama bundan əvvəl BMT-nin baş assambleyasının sesiyasında çıxış edərkən bildirib ki, bu məsələ yalnız İsraillə Fələstin arasında birbaşa dialoq yoluyla mümkündür.

Obama İsrailin baş naziri Benjamin netanyahuyla da görüşüb.

Fransa prezidenti Nicolas Sarkozy isə bundan əvvəl Fələstinə BMT-də tam hüquqlu yox, müşahidəçi statusu verməyə çağırıb.

Fələstin prezidenti Mahmud Abbas cümə günü BMT-yə müstəqil Fələstin dövlətinin tanınmasıyla bağlı rəsmi ərizə vermək fikrindədir.
XS
SM
MD
LG