Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:07

Yunanıstanda yenə də tətildir


Yunanıstanda nəqliyyat işçiləri hökumətin iqtisadi tədbirlər planına qarşı 24 saatlıq ümummilli tətil keçirir.

Aksiyada hava və dəmiryil şirkətləri, içtimai şəhər nəqliyyatı və taksi sürücüləri iştirak edirlər.

Həmçinin dövlət sektoru işçilərinin bu gün paytaxt Afinada kütləvi aksiya keçirəcəyi gözlənilir.

Avropa Birliyi Yunanıstana 8 milyard avroluq növbəti yardım paketini təxirə saldığına görə, ölkə rəhbərliyi büdcə kəsirini azaltmaq üçün yeni iqtisadi tədbirlərə əl atır.

Söhbət ilk növbədə dövlət sektorunda iş yerlərinin ixtisarı və pensiyaların azaldılmasından gedir.
XS
SM
MD
LG