Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:58

Yetim uşağı övladlığa götürəndən 5 min dollar rüşvət istəyirlər



Amerika vətəndaşı Ermənistanda yetim uşağı övladlığa götürmək istəyəndə ABŞ-ın övladlığa götürmə agentliklərinə müraciət edir.
Həmin agentliklər isə indi məlum olur ki, Ermənistan rəsmilərinə rüşvət verməyə məcburdurlar.

Azadlıq Radiosunun erməni xidmətinin əldə etdiyi sənədə görə, xaricilərə Ermənistanda övlad axtaran Amerikanın Hopscotch Adoptions agentliyi müştərilərindən hər uşağa görə 30 min dollar istəyir və izah edir ki, bunun 5 000 dolları Ermənistanda “hökumət funksionerlərinə hədiyyələrə xərclənir”.

Sənəddə deyilir ki, “bu hədiyyələr Ermənistanda adi haldır”.

ABŞ-ın digər övladlığa götürmə agentliyi Adopt Abroad da öz müştərilərindən pul alanda Ermənistan rəsmilərinə hədiyyəni ayrılca maddə ilə göstərib.

BU MƏLUMATI BAŞ NAZİR ÇOX CİDDİ QARŞILADI...

Azadlıq Radiosunun erməni xidmətinin bu rüşvət praktikası ilə bağlı məlumatını, hökumətdəki mənbələrin dediyinə görə, baş nazir Tiqran Sarkisyan çox ciddi qarşılayıb.
Hökumətdəki mənbə deyib ki, problemin kökü aşkarlığın olmamasındadır.

İndi Ermənistanda övladlığa götürmə qaydalarında kəskin dəyişiklik edirlər. Dəyişiklikləri baş nazir təklif edib. Səbəb korrupsiyanı aradan qaldırmaqdır.

Tiqran Sarkisyanın təkliflərinin məğzi övladlığa götürməni şəffaf etmək, vasitəçilərin rolunu azaltmaqdır.

Tigran Sarkisyan

BÜTÜN UŞAQLAR SİYAHIDA NİYƏ YOXDUR?

Hazırki vəziyyət belədir ki, məsələn, övladlığa verilə biləcək uşaqların siyahısı Əmək və sosial məsələlər nazirliyinin Uşaq Databazasındadır.

Bu bölmənin rəhbəri bazada 90 uşağın olduğunu deyir, nazirlik isə bildirir ki, uşaqların sayı 171-dir (bunlardan 135-i yetim uşaqlardır).

Uşaqların sayı niyə düz gəlmir? Hökumət bu məsələyə ciddi girişəndən sonra məlum olur ki, məsələn, sağlam uşaqları ümumi siyahıya salmırlar ki, yağlı müştəri tapanda belə uşağı ona versinlər.

Xarici agentlik övladlığa götürməyə uşaq axtaranda ona yerli vasitəçilər də öz xidmətlərini təklif edirlər.
Ancaq hökumət komissiyasının araşdırmasına görə, Ermənistanda bu xidməti həyata keçirən heç bir şirkət və ya şəxs qeydiyyatdan keçməyib.

Hökumətin təklifləri qanun və qaydalara çevrilmək üçün onları parlament təsdiq etməlidir.
2010-cu ildə Ermənistanda 61 uşaq övladlığa götürülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG